Xəbər lenti

 

2017-ci ildən etibarən 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 399,3 milyon manat həcmində vəsait cəlb edilib. Bu əməliyyatlar nəticəsində ölkə büdcəsinə 30.6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.

 

Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə “Azergold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda reallaşdırılması ilə yanaşı, hazırda Dövlət Neft Fondu, “Azərsuvenir” MMC və bir sıra digər qurumlarla qızıl və gümüş təminatı istiqamətində də işlər aparılır:

“Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində hasil edilən qızıl və gümüşdən 5, 10 və 20 qramlıq 999.9 əyarlı yüksək keyfiyyətli külçə və sikkələr istehsal edilib və hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilməkdədir. Lakin məmulatlarımızın Azərbaycan mənşəli xammaldan istehsal olunduğuna görə, xammal üzrə gömrük rüsumu ödənilməsə belə, təəssüflə qeyd etməliyəm ki, hazırda bazarda mövcud oxşar tipli məhsulların qiyməti bizim məhsullardan nəzərəçarpacaq dərəcədə aşağıdır. Bənzər kateqoriyadan olan idxal məhsullarının daha ucuz qiymətlə bazarda təklif edilməsinin əsas iki səbəbi ola bilər: Bazar iştirakçılarının məhsulları alternativ yollarla satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi”.

Z.İbrahimov qeyd edib ki, “AzerGold” QSC isə fəaliyyətini tam şəffaf quraraq bütün növ vergi və rüsumları qanunvericiliyin tələblərinə uyğun ödəyir ki, bu da öz növbəsində digər aidiyyəti xərclərlə yanaşı, məhsulun maya dəyərinə nəzərəçarpacaq təsirini göstərmiş olur: 

“Nəticədə yaranmış situasiya Azərbaycan kimi zəngin zərgərlik təcrübəsinə və tarixi ənənələrə malik olan bir ölkədə şəffaf çalışan qurumların rəqabətə davamlı fəaliyyət aparmasına müəyyən əngəllər yaradır. 

Məlumdur ki, Çin, Hindistan, İtaliya və Türkiyə kimi bu sahədə zəngin təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24 faiz təşkil etdiyi halda, ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatlara maya dəyərinin əlavələri 46 faizədək artır. Bundan başqa, sadaladığım ölkələrdə qızıla aksiz vergisi tətbiq edilmir. Yerli bazarda satışa çıxarılan məhsulların bu həddə vergi və rüsumlar ilə yüklənməsi bazar iştirakçıları tərəfindən xammalı alternativ yollarla əldə edərək alternativ yollarla istehsal etməyə və eyni qaydada da satışa çıxarmağa sövq edir. 

Digər tərəfdən, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərlə yanaşı, bir sıra sosial problemlərə gətirib çıxara bilər. Bildiyiniz kimi, ötən ilədək bu nəzarət funksiyasının bir hissəsini Əyar Palatası icra edirdi, hazırda isə bu istiqamətdə vahid nəzarət mexanizmi yoxdur və bu fonda tədarükçülərin və alıcıların hüquqlarının pozulması riskləri artmaqdadır”.

“Bazar iştirakçılarının dünya birjalarına uyğun qiymətə dayanıqlı xammalla təchiz edilməsi həm bazarda şəffaflığın təminatına, həm də ixrac potensialının artırılmasına dəstək ola bilər. Eyni zamanda, bu sahədə çalışan həm idxalçılar, həm yerli istehsalçılar üçün təşviq mexanizmlərinin və maliyyə alətlərinin əlçatanlığının təmin edilməsi, ümumilikdə bazarın daha da şəffaflaşmasına xidmət edər, ölkə iqtisadiyyatında zərgərlik sektorunun rolunu artıra bilər”, - deyə sədr əlavə edib.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov