2019-cu ildə Azərbaycanda 345,5 min ton metanol (metil spirti) istehsal edilib.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, bu həcm 2018-ci illə müqayisədə 80,5% çoxdur. Bu il yanvarın 1-i tarixinə ölkədə 7,1 min ton hazır məhsul ehtiyatı qalıb.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.