SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) bir neçə idarə rəisi vəzifəsinə yeni təyinatlar olub.
Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, Ramin Quliyev “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi, Fəxri Haqverdiyev Ə.Əmirov adına NQÇİ-nin rəisi, Cavanşir Nuriyev isə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi təyin ediliblər.
Qeyd edək ki, bir müddət əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrə əsasən, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov Birliyinin Baş direktoru təyin olunub.
İB-nin sabiq direktoru Daşqın İskəndərov isə SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin edilib.