Xəbər lenti

Pandemiyaya görə iki milyard ABŞ dolları həcmində maliyyə yardımı ayrılıb
 

Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyası və bu səbəbdən ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində ayrılan maliyyə yardımının ümumi həcmi iki milyard ABŞ dollarından çoxdur.

Bizimaz.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “KPMG Azerbaijan” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda Xarici Biznes 2020” hesabatının rəsmi təqdimatında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, sosial dəstək tədbirləri indiyədək beş milyona yaxın insanı əhatə edib və 14 dekabrdan ölkədə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq əhaliyə ödənişlər formasında yenidən dəstək göstəriləcək:

“Yeni sərtləşdirici tədbirlərin tətbiqi ilə əlaqədar əhaliyə yenidən ödənişlər ediləcək. Ümumilikdə, sözügedən sərtləşdirici tədbirlər ölkə üzrə 458 min işçini əhatə edib. Ümumi dəstək paketinin dəyəri iki milyard dollardan çoxdur və mikrobizneslərə və sosial paketinin hissəsi olan işsizlərə yönəlir”.

 

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın turizm məkanı kimi də böyük  potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı və İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Səthin dağlıq olması  gələcəkdə burada dağ və qış turizminin inkişafına təkan verəcək. 

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov