İran ordusu Simnan vilayətində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

 

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təlimin əsas məqsədi Bəsrə körfəzi və Hörmüz boğazındakı hava məkanının müdafiəsinin gücləndirilməsidir.

Ümumilikdə 416 min kv.km ərazidə aparılacaq təlimlərdə İrana hava qüvvələrinin bütün növ texnikalarından istifadə ediləcək.

“Vilayət Səması Mühafizəçiləri-98” adı verilən təlim barədə İran Hava Hücumundan Müdafiə Qüvvələrinin komandiri Əli Rza Sabahifərd qeyd edib ki, təlimdə həqiqi döyüş səhnələrinə uyğun şərait tətbiq ediləcək.

Onun sözlərinə görə, təlimin ilk mərhələsində şərti düşmən hədəfləri kəşf ediləcək, ikinci mərhələdə həmin hədəflər məhv ediləcək.

Sabahifərd təlimlərdə yerli hava hücumundan müdafiə sistemləri, pilotsuz uçan aparatlar (PUA) və müxtəlif raketlər də istifadə ediləcək.