Türkiyə Silahlı Qüvvələrinin “Sülh çeşməsi” əməliyyatı zamanı terrorçulardan təmizlənən Tel Abyad və Ras əl-Eyn bölgəsinə qaçqınların geri qayıtması prosesi sürətlənib.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” yazıb.
Məlumata görə, artıq sözügedən bölgəyə qayıdanların sayı 30 mini keçib. Tezliklə bu rəqəmin 100 minə çatacağı ehtimal olunur.
Bununla yanaşı, qaçqınların geri dönməyə başlaması prosesi terrorçuların narahatlığına səbəb olub. Bölgədə təhlükəsizliyin təmin olunmadığını göstərmək üçün terrorçuların tez-tez kiçik teraktlara əl atdığı qeyd edilir.