Xəbər lenti


ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən Saber Junction-19 çoxmillətli briqada taktiki təlimlərində iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb.

 

Bizimaz.az: Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Ö.Litzenberq Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsasının 1994-cü ildən qoyulduğunu, bu müddət ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının bir çox təlim və kurslarda iştirak etdiyini bildirib. Diplomat həmçinin vurğulayıb ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır. ABŞ səfiri təlimdə iştirak edən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra polkovnik Siyavuş Mustafayev Saber Junction-19 çoxmillətli briqada taktiki təliminin vacibliyindən danışaraq bu kimi təlimlərin tərəfdaş ölkələr arasında təcrübə mübadiləsi aparılması, əməliyyat uyarlılığının təmin edilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində böyük önəm daşıdığını bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov