Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-25UB qırıcısı Şimali Qafqazda qəzaya uğrayıb.
Bizimaz.az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.
Təyyarənin 2 pilotu katapult etməyə müvəffəq olsa da, hazırda onların taleyinə dair məlumat yoxdur. Pilotların axtarışı üçün əraziyə helikopter göndərilib.
Rusiyanın Müdafiə Nazirliyi qırıcının Stavropol ərazisində qəzaya uğradığını təsdiqləyib.
istinad