Türkiyə ordusu İraqın şimalındakı Sinat-Xaftanin bölgəsində PKK-ya qarşı Pəncə-3 əməliyyatına başlayıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyatın məqsədinin Türkiyə sərhədlərinin təhlükəsizliyinin təminatı, terrorçuların məhvi olduğu bildirilib.
Qeyd edək ki, Türkiyə may ayında Pəncə-1 əməliyyatına start verib. İyul ayında əməliyyat genişləndirilib və Pəncə-2 adını alıb.