Rusiya istehsalı S-400 zenit raket komplekslərinin ötən gün start götürən Türkiyəyə tədarük prosesi ikinci günündə davam edir.
Bizimaz.az: Publika.az xəbər verir ki, daha bir Rusiya təyyarəsi Ankaranın Mürtəd hava limanına eniş edib.
Hazırda Rusiyaya aid yük təyyarəsi S-400 sisteminin növbəti avadanlıqlarını Ankaranın 35 km şimal-qərbində yerləşən Mürtəd hava limanına boşaldır.
Qeyd edək ki, Rusiya Türkiyəyə ötən gün 3 yük təyyarəsi ilə S-400 sisteminin ik avadanlıqlarını göndərmişdi.