Xəbər lenti

ABŞ-dan Türkiyə ilə bağlı ŞOK ADDIM - Pentaqon açıqladı
 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) F-35 proqramı çərçivəsində türk pilotlara verilən təlimləri dayandırıb.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Mayk Endryus danışıb.

Mətbuat katibi “Röyters” agentliyinə müsahibəsində Arizonadakı “Luke” hərbi hava bazasında təlim keçən pilotların uçuşa getmədiyini deyib: “Nazirlik “Luke” hava bazasındakı türk pilotların artıq uçmadığından xəbərdardır. Türkiyənin siyasətində dəyişiklik olmasa, F-35 proqramındakı payını azaltmaq üçün türk müttəfiqlərimizlə çalışmağa davam edəcəyik”.

Adının açıqlanmasını istəməyən digər nümayəndə isə agentliyə açıqlamasında türk pilotların uzaqlaşdırılmasının ali komandanlıq səviyyəsində qərarlaşdırdığını deyib. Həmçinin qeyd edib ki, Floridadakı “Eqlin” hərbi hava bazasındakı türk texniki heyət təlimlərinə davam edir.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanaxan türkiyəli həmkarı Hulusi Akara məktub yollamışdı. Məktubda qeyd olunmuşdu ki, 31 iyula qədər Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi almaqdan imtina etməsə, F-35 pilotlarının təlimləri dayandırılacaq və Türkiyə proqramdan çıxarılacaq.

publika.az



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov