Xəbər lenti

SON DƏQİQƏ: ABŞ-ın döyüş gəmisi Rusiya gəmisinin qarşısını kəsdi
 

ABŞ donanmasına aid “USS Chancellorsville” döyüş gəmisi Cənubi Çin dənizində qəfildən istiqamətini dəyişərək Rusiyaya aid “Admiral Vinorgardov” gəmisinin qarşısını kəsib.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə Rusiyanın Sakit okeanda olan alayı informasiya yayıb.

Açıqlamada toqquşmanın qarşısını almaq üçün Rusiya heyətinin manevrlər etdiyi bildirilib.

Hadisə ilə bağlı daha təcili bir açıqlama da ABŞ-dan gəlib. ABŞ donanması tərəfindən verilən məlumatda “Bir helikopterin enişi əsnasında bir rus döyüş gəmisi arxadan sürətlə gəldi və uyğun olmayan məsafəyə, yəni 15-30 metrə qədər yaxınlaşdı. Bu ani və etibarlı olmayan hərəkətə qarşılıq USS Chancellorsville”nin motorlarını dayandıraraq manevr etdi və toqquşma ehtimalını aradan qaldırdı” sözləri yer alıb.

Amerikalı komandir Klerton Doss Rusiyanın iddiasının təxribat olduğunu bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov