Xəbər lenti

ABŞ 8 döyüş təyyarəsini Avropaya göndərir
 

ABŞ Bolqarıstana 1 milyard 673 milyon dəyərində “F-16 Block 70/72” tipli döyüş təyyarəsi satacaq.

 

Bizimaz.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə, Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi informasiya yayıb.

Agentliyin açıqlamasında Bolqarıstanın F-16 qırıcılarının V (Viper) seriyası olaraq tanınan ən müasir tətbiqlərlə təchiz edilmiş döyüş təyyarələrindən 8 ədəd tələb etdiyi bildirilir.

Təyyarələrlə yanaşı, ehtiyat motor, elektron sistemləri və sursatlar kimi əlavə ünsürlər də satışa daxil olacaq.

Satışın Bolqarıstanın hava məkanını qorumaq, regional təhlükəsizlik və ABŞ-NATO sistemləri ilə ortaq əməkdaşlıq qabiliyyətinin təmin olunması məqsədilə aparıldığı vurğulanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov