Xəbər lenti

ABŞ hərbçiləri “qara proqram” çərçivəsində müasir LSRO nüvə raketləri daşımaq iqtidarında olan B-21 bombardmançı təyyarələrini yaradır.

 

Bizimaz.az xəbər verir ki, bu barədə “Varrior Maven” nəşri yazıb.

Məlumata görə, hazırda LSRO qanadlı raketləri də formalaşdırılma mərhələsindədir. Sözügedən raketlər B-21-lərlə yanaşı, artıq ABŞ Hərbi Hava Qüvvələrinin istismarında olan B-52 bombardmançı təyyarələrinə də uyğun olacaq.

Hazırda ABŞ ordusu B-21 təyyarələrinin ayrı-ayrı komponentlərini sınaqdan keçirir. Təyyarənin analoqu olmayan gizlilik sistemi ilə təchiz olunacağı bildirilir. Belə ki, təyyarənin tüstüsünü maksimal şəkildə görünməz etmək üçün müvafiq qurğular yeni bombardmançının damında yerləşdiriləcək.

B-21-lərin 2025-ci ildə silahlanmaya qəbul edilməsi gözlənilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov