Xəbər lenti



Ukraynanın Rovenskaya vilayətinin Radivilovsk rayonunun Sestryatin kəndi yaxınlığında Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb. 
 
Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə zamanı dörd ekipaj üzvü və komandir ölüb. 
 
“Qəza zamanı ekipajın dörd üzvü və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının aviasiya briqadasının 16-cı bölməsinin komandiri ölüb”, - məlumatda qeyd edilib. 
 
Bildirilib ki, helikopterlə əlaqə mayın 29-u yerli vaxtla 23:27-də kəsilib. 
 
Hazırda qəza yerində xilasedici xidmətin və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, həmçinin, qəzanın səbəblərini araşdırmaq üçün Müdafiə Nazirliyinin, Baş Qərargahın və Quru Qoşunlarının nümayəndələrindən ibarət komissiya da bölgəyə yola düşüb. 
 
Hadisənin səbəbləri araşdırılır.(oxu.az)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov