Rusiyanın Qara Dəniz Donanması Qara dəniz akvatoriyasına daxil olmuş NATO gəmiləri qrupunu müşayiət edib.
Bizimaz.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiənin İdarə edilməsi Milli Mərkəzi informasiya yayıb.
Qeyd edək ki, Qara dənizə Hollandiya, Kanada və İspaniyaya aid 3 NATO freqat və esminesi daxil olub. Rusiya bu gəmilərin müşahidəsi üçün “İvan Xurs” və “Vasili Bıkov” gəmilərini göndərib.