Xəbər lenti

 
 

Naxçıvan Qarnizonu Qoşunlarının dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə təlimləri Azərbaycanın qarşılaşdığı real təhdidlərin aradan qaldırılması üçün qoşunların birgə fəaliyyətini təmin edir.

 

Bizimaz.az bildirir ki, bunu Oxu.Az-a hərbi ekspert Ədalət Verdiyev Naxçıvan Qarnizonu Qoşunlarının sərhəd pozuculuğuna qarşı keçirdiyi təlimləri şərh edərkən deyib.

Müdafiə Nazirliyinin martın 29-da yaydığı məlumatda təlim məşqlərinin ssenarisi qeyd olunub. Təlimlərə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstələri də cəlb edilib.

Ekspert Ə.Verdiyev qeyd edib ki, təlimlərə xüsusi təyinatlıların cəlb edilməsi onun geniş miqyasından xəbər verir.

Ə.Verdiyev bildirib ki, təlimlərdə sərhəd pozucularının axtarışı üçün xüsusi texniki vasitələrin imkanlarından istifadə diqqəti cəlb edir.

“Təlimlərdə Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, yerli hüquq-mühafizə və icra orqanlarının, həmin ərazidə yaşayan vətəndaşların birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunub”, - deyə Ə.Verdiyev əlavə edib.

Naxçıvandakı təlimləri Ermənistan da narahatlıqla izləyir. Ümumiyyətlə Naxçıvan amili Ermənistan üçün qorxulu yuxuya çevrilib. Çünki Azərbaycan Ordusunun arsenalında olan müasir silahların, dəqiq zərbə endirən raketlərin bir hissəsi məhz Naxçıvanda yerləşdirilib.

Ə.Verdiyev qeyd edib ki, Naxçıvandakı qoşunların təlimləri Ermənistan üçün də bir xəbərdarlıqdır.

“Bu, günün istənilən saatında, istənilən iqlim və coğrafiyada işğalçı ölkə tərəfindən törədilə biləcək hər cür təxribatın qarşısının alına biləcəyinin göstəricisidir”, - deyə Ə.Verdiyev fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov