Xəbər lenti

Frans24.com saytı Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı maraqlı detallara toxunub. Söhbət Şurnux kəndindən gedir. Bu kənd Sünik rayonuna (tarixi Zəngəzur) aiddir. Hazırda bu kənddə tikilmiş 12 evi ermənilər tərk etməli olublar. Çünki həmin evlər Azərbaycan ərazisinə düşür. Ermənistan hökuməti evini itirənlər üçün yeni ev tikir. Tərk edilmiş həmin evlərin ərazisi Qubadlı rayonuna daxil edilib.

 

Bizimaz.az -n məlumatına görə Axar.az Musavat.com-a istinadən xəbər verir ki, ermənilər Azərbaycan tərəfinin delimitasiya üçün ən müasir texnologiyalardan istifadə etdiyini deyir. Nəticədə biz 30 il yaşadığımız yerlərdən çıxmalı oluruq. Çünki Sovetlər dönəmində sərhəd xətti elə çəkilib.

Bir erməni gileylənir ki, əvvəllər azərbaycanlılar on kilometrlərlə uzaqda idi. İndi isə gözümüzün qabağında əlisilahlı gəzirlər. Düşmənlə üz-üzə qalmışıq. Yaxşı ki, ruslar buradadırlar. Bu işin sonrası necə olacaq, bunu kimsə bilmir.

“Delimitasiyadan sonra mənim evim Ermənistan ərazisinə düşüb, tövləm isə Azərbaycan tərəfdədir”, - bir erməni belə deyir.

Məqalədə qeyd olunur ki, Azərbaycan və Ermənistan hərbçiləri hər iki tərəfdə öz bayraqların qaldırıblar və bir birinə nifrətlə baxırlar. Onların arasında isə az sayda Rusiya sülhməramlıları var.

Ermənilərdən biri söyləyib ki, bir də görürsən ki, bir donuz bizim ərazidən Azərbaycan ərazisinə keçir. Onda Azərbaycan sərhədçiləri icazə verirlər ki, kəndli gedib öz donuzunu geri gətirsin.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov