Türkiyə Azərbaycanın Gəncə, Lənkəran və Qəbələ şəhərlərində hərbi aviabazalar quracaq.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Məlumatda bildirilir ki, Azərbaycan Suriya, Qətər, İraq, Sudan və Şimali Kiprlə yanaşı, türk hərbi bazalarının yerləşəcəyi ölkələrdən biri ola bilər.
Türk hərbi bazalarının və ya hərbi nümayəndəliklərinin yerləşdiyi ölkələr:
Suriya: Antiterror əməliyyatından sonra minlərlə Türk əsgərinin bu ölkənin şimalında qalması gözlənilir. Onlar terror hücumlarının qarşısını almaq və qaçqın problemlərini həll etmək üçün missiyalar həyata keçirəcəklər.
İraq: PKK-ya qarşı antiterror əməliyyatlarında iştirak edən Türk ordusu birlikləri bu ölkənin müxtəlif şəhərlərində yerləşdirilib.
Somali: Bu ölkədə Türk ordusunun iki vəzifəsi var. 2017-ci ildə Somali ordusuna kadr hazırlamaq üçün Mogadişunun paytaxtında Türk Qüvvələri Komandanlığı açılıb. İkinci missiya isə yaxın sulardan keçən gəmilərin pirat hücumlarından qorunması ilə əlaqədardır.
Livan: Türk əsgərləri burada BMT-nin Müvəqqəti Missiyası çərçivəsində iştirak edirlər. On ildir ki, bu ölkədə yüzə yaxın türk hərbçisi mövcuddur.
Qatar: Türkiyənin bu ölkədə 2017-ci ildən bəri daimi hərbi bazası var.
Bosniya və Herseqovina: Türk ordusu sülh və sabitliyi təmin etmək üçün Bosniya və Herseqovinadakı beynəlxalq sülhməramlı qüvvələrinin bir hissəsi olaraq fəaliyyət göstərir.
Əfqanıstan: Türk ordusu 11 sentyabr müharibəsindən sonra NATO missiyasının bir hissəsi olaraq Əfqanıstanda da fəaliyyət göstərir. Əfqanıstan ordusunun təlimi və ölkədə təhlükəsizliyin təmin edilməsi istiqamətində dəstək göstərir. Əfqanıstandakı türk hərbçilərinin sayı təxminən 2 min nəfərdir.
Albaniya: 1997-ci ildə Adriatik sahilindəki Avlonia şəhərində qurulan bir hərbi bazada 250 nəfərə qədər personal xidmət edir.
Şimali Kipr: Kiprdəki Türk ordusunun sayının 40 min olduğu təxmin edilir. Türkiyənin Kiprdəki hərbi varlığı birbaşa Baş Qərargaha tabe olan daimi bir hərbi hissə statusuna sahibdir.
Sudan: Prezident Ərdoğanın 2017-ci ildə bu ölkəyə səfərindən sonra Sevakin adasında 99 illik hərbi baza üçün yer müəyyənləşdirilib.
Mərkəzi Afrika Respublikası: Türk ordusu bu ölkədə BMT-də inteqrasiya və sabitlik üçün çoxtərəfli bir missiya çərçivəsində fəaliyyət göstərir.
Mali: Türk hərbçiləri bu ölkədə də inteqrasiya və sabitlik üçün çoxtərəfli bir missiyanın bir hissəsi olaraq fəaliyyət göstərir.