Xəbər lenti

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş torpaqlarımızın təmizlənməsi üçün yeni texnikanın alınmasını planlaşdırır.

 

Bizimaz.az Sputnik.az-a istinadən xəbər verir ki, bu barədə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov məlumat verib.

Yaxın günlərdə ölkəmizə mexaniki "Bojena" maşınları, eləcə də xüsusi dronlar - pilotsuz uçan aparatlar gətiriləcək.

"Bizdə beşinci nəsil "Bojena"lardan istifadə olunur. İndi daha müasir analoqunu almağı planlaşdırırıq. Eləcə də dronları yoxlamadan keçiririk. İlkin nəticədən razı qalmışıq. Ancaq hələ əməliyyatlara cəlb etməmişik. Dronun istehsalçılarına müraciət edərək bəzi parametrləri əlavə etmələrini istəmişik", - İsmayılov deyib.

PUA-lar ərazinin daha düzgün coğrafi koordinatlarını almağa və axtarış işlərini asanlaşdırmağa imkan verir.

Bununla yanaşı, ANAMA əməkdaş sıralarını da genişləndirib, istehkamçıların sayı 400-dən 600-ə çatdırılıb.

Ancaq təşkilat bununla kifayətlənmək niyyətində deyil, çünki yaxın bir neçə il ərzində respublikanın bütün işğaldan azad olunmuş ərazilərini minalardan təmizləməlidir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov