Xəbər lenti

Rusiya MN-dən Xankəndi açıqlaması

Bizimaz.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xankəndinin kənar ərazilərinin minalardan təmizlənməsi zamanı rus sülhməramlıları iş apararkən hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edirlər.

23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 414,6 hektardan çox ərazini, 160 km-dən çox yolu, 20-dən çox sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binasını partlamamış hərbi sursatlardan, 19 minə yaxın partlayıcı maddədən təmizləyib.

Aşkarlanan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursatlar, partlayış əməliyyatı üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir.

 




 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov