Xəbər lenti

Rusiyalı sülhməramlılar bizdən silahlarımızı təhvil verməyimizi tələb edir.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bunu “Lragir.am” saytına açıqlamasında Laçın rayonu ərazisindən keçən dəhlizdə qalan Zabux kəndində məskunlaşmış icmanın rəhbəri Andranik Çavuşyan deyib.

O, silahı sülhməramlılara təhvil vermək istəmədiyini, amma rusların ondan həmçinin kənddəki qondarma bayrağı endirməyi də tələb etdiyini bildirib.

Çavuşyan Laçın şəhəri və digər bölgələrdəki ermənilərin silahı çoxdan ruslara təhvil verdiyini deyib. Təslim olmayacağını deyən “icma rəhbəri” ehtiyac yaranacağı təqdirdə “Axavno Respublikası” elan edəcəyini bildirib.

Çavuşyan hazırda Zabuxda cəmi 11-13 ailənin qaldığını, kəndin yaxınlığında çoxlu sayda Azərbaycan əsgərinin olduğunu deyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov