Rusiya sülhməramlıları Dağlıq Qarabağda 8.3 mindən çox partlayıcı aşkar edərək zərərsizləşdirib.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Dağlıq Qarabağdakı mühəndis istehkam bölmələri 238 hektar ərazini, 93 kilometr yolu, 423 yaşayış binasını 8,3 mindən çox partlayıcıdan təmizləyib", - deyə məlumatda bildirilir.

Dağlıq Qarabağda hava limanlarından birinin minalardan təmizlənməsi zamanı personalın təhlükəsizliyini təmin etmək və işin məhsuldarlığını artırmaq məqsədilə çoxfunksiyalı "Uran-6" robot kompleksindən istifadə edilib.