“Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib”.
Bizimaz.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bu gün keçirdiyi brifinqdə deyib.
“Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb”, - o deyib.
R.Muradovun sözlərinə görə, indi durum sakitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir, həmçinin Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə əlaqədədirlər.
Modern.az