Xəbər lenti



“Türkiyə əsgərlərinin Azərbaycana nə zaman gələcəyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayacaq”.



Bizimaz.az bildirir ki, bu barədə Modern.az-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.


Türkiyəli deputat qeyd edib ki, türk əsgərlərinin Qarabağda hansı bölgələrə yerləşdirilməsinə də Rəcəb Tayyip Ərdoğan qərar verəcək.


Şamil Ayrımın sözlərinə görə, Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi məsələsi çox da uzana bilməz:

 

“Düşünürəm ki, ya bu gün, ya da sabah bu barədə məlumatlar açıqlanar. Gecikəcəyini zənn etmirəm”.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycanla bağlı Türkiyə Böyük Millət Məclisinə göndərdiyi sənəd təsdiq olunub.

Sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov