Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib.

Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.

Qeyd edək ki, Sergey Şakaryan Qondarma Dağlıq Qarabağ “prezidenti” Araik Arutyunyan tərəfindən mükafatlandırılmışdı və ona “milli qəhrəman” adı verilmişdi.