Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.