Hərbi xidmətə çağırılan şəxslərin COVİD-19-la bağlı testlərdən keçirilməsi davam edir.

 

Bizimaz.az  Trend-ə istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi nəzdində yaradılmış COVİD 19-la bağlı İşçi Qrupunun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub:

"Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndərilib.

Götürülən testlərin nəticələri bir neçə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müvafiq tədbirlər görülüb".