Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.
Bizimaz.az Axar.az -a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub.
Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nayihəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.