Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında torpaqlarımızın işğaldan azad edilməsində xüsusi şücaət göstərən hərbçilərimizlə bağlı paylaşım edilib.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, nazirliyin rəsmi səhifəsində edilən paylaşımlardan biri də əsgər Hünər Məmmədov və onun silahdaşları ilə bağlıdır.

Paylaşımda bildirilib:

“Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur. O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!”