Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri zamanı jurnalistlərə müsahibə verib.

 

Bizimaz.az bildirir ki, BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, Türkiyə rəhbəri müsahibə zamanı Qarabağ döyüşlərinə də toxunub. R.T.Ərdoğan bildirib ki, Ermənistan ağır məğlubiyyətə düçar olub.

“Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqları azad edir. Ermənistan ağır məğlubiyyətə düçar olandan sonra Türkiyənin münaqişəyə cəlb olunduğunu iddia edir. Bu, Ermənistanın küncə sıxışdığının və çarəsizliyinin sübutudur”, - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfər edib.