"Separatçıların başçısı Araik Arutyunyanın Şuşada andiçmə mərasiminin keçirildiyi Mədəniyyət Evi Azərbaycan tərəfindən təsadüfən vurulmayıb".
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Arut adlı xilasedici "Novaya qazeta"ya açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin vaxt binanın zirzəmisində 300 nəfərin iştirakı ilə hərbi müşavirə keçirilirmiş.
O, artıq 19 nəfərin cəsədini dağıntılar altından çıxardıqlarını söyləyib.
Sinod adlı yerli sakin isə bildirib ki, artilleriya atəşindən yayınmaq üçün bilərəkdən müşavirə yeri kimi mülki obyekt seçilib.
Qeyd edilib ki, bina vurulan zaman zirzəmidə çox sayda yüksək vəzifəli hərbçi və polis olub.