Azərbaycanın Xankəndi ətrafında hücum həyata keçirilən bazaları məhv etməyə davam edir.
Bizimaz.az bildirir ki, BAKU.WS-in məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Bu gün Xankəndində 8 partlayış səsi eşidilib. Partlayışların Xankəndi ətrafındakı ərazilərdə baş verdiyi deyilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün öncə bildirmişdi ki, Xankəndi şəhəri ətrafında hücum həyata keçirilən bazalar sıradan çıxarılıb. O, düşmənə adekvat cavabların verilməsi bundan sonra da davam etdiriləcəyini bildirmişdi.
Xatırladaq ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhə boyunca təxribata cəhd edib. Ermənilərin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.