Xankəndidə yenidən həyəcan siqanlı verilib.
Bizimaz.az bildirir ki, BAKU.WS-in məlumatına görə, boşalmış şəhərdə həyəcan siqnalı səsləri yayılır.
Qeyd edək ki, şəhərdə məskunlaşdırılan yüzlərlə ailə hər şeyini toplayaraq avtobuslarla Ermənistan istiqamətinə üz tutub.
Xankəndidə olan rusiyalı jurnalistlər bu barədə məlumatlar veriblər. Məlumata görə, şəhərdəki bütün mağazalar, kafelər, ictimai iaşə obyektləri qapılarına qıfıl vurub.
Rabitə yoxdur. Küçələrdə insanları nadir hallarda görmək mümkündür.