"Əhali təcili Xankəndi və Şuşanı tərk etməlidir".
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu açıqlamanı qondarma rejimin başçısının mətbuat katibi Vaqram Poqosyan edib.
Poqosyan sakinləri öz evlərini tərk etməyə çağırıb.
Qeyd edək ki, Azərbaycan Ordusu Xankəndi ətrafındakı bütün hərbi birləşmələri sıradan çıxarıb. Ordumuz cəbhənin bütün istiqamətlərində uğurlu hərbi əməliyyatları davam edir.
Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur.
Bununla əlaqədar bu ərazilərdə məskunlaşan mülki əhalini döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, onların ağır döyüşlərdən ziyan çəkməməsi və ərazidən maneəsiz təxliyəsi üçün tərəfimizdən müvafiq şərait yaradılacaq.