Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

 

Bizimaz.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights - SOHR) bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", - deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb.