Xəbər lenti

 

Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətdə qalan Ermənistan hərbi təbliğat maşını informasiya məkanında geniş miqyaslı təxribata başlayıb.

 

Bizimaz.az Oxu.Az-ın müxbirinə istinadən  xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, hər zaman olduğu kimi bu gün də ermənilər əvvəlki döyüşlərdə çəkilən köhnə videomaterialları öz əhalisinə yeni kimi təqdim edir:

“Burada məqsəd öz uğursuzluğunu əhalisinə uğur kimi təqdim etməkdir. Onu da qeyd edim ki, səhər saatlarından etibarən Füzuli şəhərinin işğal altından azad olunması istiqamətində Azərbaycan Ordusunun hücum əməliyyatı davam edir. Qələbə bizimlədir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov