“İşğal olunan torpaqlarımızın azad olunması istiqamətində Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam etdirilir”.
Bizimaz.az-n Oxu.Az-ın müxbirinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi texnikası və obyektləri məhv edilib:
“Səhər saatlarından Ermənistanın Vardinis rayonu ərazisindən Azərbaycanın Daşkəsən ərazisi artilleriya atəşinə tutulub. Bununla bağlı Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülüb və görüləcək. Ermənistan qüvvələri cəbhənin Füzuli, Cəbrayıl, Ağdərə və Tərtər istiqamətində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərsə də, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq, düşmənin bütün cəhdlərinin qarşısını alıb”.
A.Eyvazov Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmi və mənəvi psixoloji vəziyyətinin yüksək olduğunu diqqətə çatdırıb.