Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı payızda Ermənistanda komanda-qərargah təlimləri keçirəcək.
Bizimaz.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Qarşılıqlı anlaşma-2020” adlanan təlimlər zamanı sərhəd münaqişlərinin lokallaşdırılması əsas istiqamət olacaq.
“Təlimlər Qafqaz regionunda sərhəd döyüşlərinin lokallaşdırılması üçün birgə əməliyyat hazırlığını nəzərdə tutur”- deyə KTMT-nın mətbuat xidməti açıqlama verib.
Təlimə rəhbərliyi Ermənistan Baş Qərargah rəisinin müavini həyata keçirəcək. KTMT Ermənistanda “Axtarış-2020” təlimləri də keçirməyi düşünür. Baqramyan poliqonunda baş tutacaq təlimlər zamanı kəşfiyyat fəaliyyəti sınaqdan çıxarılacaq.
Xatırladaq ki, iyulun 12-də Tovuz rayonu istiqamətində Azərbaycan və Ermənistan ordusu arasında hərbi toqquşma qeydə alınmışdı. Təlimlərin məhz Tovuz döyüşlərinin ssenarisi əsasında keçiriləcəyi ilə bağlı fikirlər var.
Modern.az