Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.

 

Bizimaz.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, səfər sentyabrın 6-dək davam edəcək.