Xəbər lenti

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnikinin ölümü nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

 

Bizimaz.az bildirir ki, Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 20-də saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov