Xəbər lenti



İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində şiddətli döyüşlər davam edib. 

 

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.

Düşmən hücumunun qarşısını alardən döyüşdə Azərbaycan ordusnun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub. 

Polkovnik Mirzəyev İlqar Anzor oğlu

Mayor Əhmədov Namiq Hajan oğlu

Mayor Novruzov Anar Gülverdi oğlu

Gizin Zeynallı İlqar Ayaz oğlu 

Gizir Babayev Yaşar Vasif oğlu

Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələırinə dərin hüzünlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov