Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general-polkovnik hərbi rütbəsi verilib.
Bizimaz.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanda bununla da sözügedən ali hərbi rütbəni daşıyan məmurların sayı 18-ə çatıb. Bundan əvvəl isə 17 məmura general-polkovnik hərbi rütbəsi verilib.
Qeyd edək ki, general-polkovnik hərbi rütbəsi güc strukturlarında ən yüksək ali rütbə hesab edilir.
Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:
1. Zakir Həsənov – Müdafiə naziri
2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlükəsizlik Şurasının katibi
4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
6. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
7. Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi
8. Namiq Abbasov – Azərbaycanın sabiq milli təhlükəsizlik naziri
9. Səfər Əbiyev – Sabiq müdafiə naziri
10. Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri
11. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
12. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri
16. Mədət Quliyev – Müdafiə Sənayesi naziri
17. Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sədri
18. Kərəm Mustafayev – Müdafiə nazirinin müavini