Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsi istifadəyə verilib.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev ərazidəki qərargah, tədris binası və tibb məntəqəsi ilə tanış olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bütün binalar müasir mebel və avadanlıqla tam təmin olunub.
Xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün hərbi hissədə bütün lazımi şərait yaradılıb.