Bildiyimiz kimi koronavirusla mübarizə fonunda bir sıra məhdudiyyətlər tətbiq olunmağa başlanılıb. Cəmiyyət üçün aktual məsələlərdən biri də hərbi xidmətini başa vurmuş əsgərlərin ehtiyata buraxılması ilə bağlı hər hansı bir dəyişikliyin olub-olmamasıdır.
Bizimaz.az xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı Konkret.az-a açıqlama verib.
“Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır”, - Dərgahlı bildirib.
istinad