Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənədi AZƏRTAC dərc edib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilirlər:
Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant
Xəlilov Əsgər Sabir oğlu – general-leytenant
Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.