Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək.
Bizimaz.az: Axar.az xəbər verir ki, fevralın 13-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.