Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5 nəfər isə yaralanıb.
Bizimaz.az: Report xəbər verir ki, məsələ ilə bağlı Milli Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama verib:
“İdlibdə qırğının qarşısını almaq, sərhəd təhlükəsizliyimizi təmin etmək, miqrasiya və insanlıq dəhşətini əngəlləmək məqsədilə bölgəyə göndərilən əsgərlərimizə rejim tərəfindən fevralın 10-u atılan top atəşi nəticəsində 5 qəhrəman silahdaşımız şəhid olub, 5 silahdaşımız isə yaralanıb”.