Xəbər lenti

“Neşnl İnterest” jurnalı dünyanı 30 dəqiqəyə yox edə biləcək sualtı qayıqların siyahısını hazırlayıb.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, həmin atom sualtı qayıqlarının 3-ü Rusiyaya, 2-si isə ABŞ-a aiddir.

Nəşrin yazdığına görə, bunların hamısı ya ABŞ və Rusiya hərbi donanmalarında istifadədədir, ya da tezliklə istifadəyə veriləcək.

Siyahıda Rusiyanın “Borey”, “Delfin” və “Yasen-M” sualtı qayıqları yer alıb. Məqalə müəllifinin yazdığına görə, “Yasen-M” və “Delfin” ABŞ-ın şərq sahillərinə yaxınlaşa və bu məsafədən Böyük göllərə qədər olan bütün hədəfləri məhv edə bilər.

ABŞ-ın isə bu sinifdən “Ohayo” və “Kolumbiya” tipli sualtı qayıqları var.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov