Xəbər lenti

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında zəfər yürüşü davam edir.

APA-nın məlumatına görə, bunu polkovnik Elşad Əbilov işğaldan azad olunmuş ərazilərdə jurnalistlərə açıqlamasında deyib.

Polkovnik bildirib ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıların yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub, mülkü şəxslər arasında ölən və yaralananlar olub:

“Azərbaycan ordusu buna cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad olunub. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan ordusunda yüksək nizam-intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, bu belə də davam edəcək”.

E. Əbilov qeyd edib ki, humanitar atəşkəs olmasına baxmayaraq, Ermənistan ordusu yaşayış məntəqələrini və mülkü əhalini atəşə tutmağa davam edir.

Erməni general Qarabağda öldürüldü
 

Ermənistan Ordusunun yüksək rütbəli zabiti – general-mayor Artak Tonoyanın işğal altındakı Azərbaycan ərazilərində məhv edildiyi bildirilir.

Bizimaz.az  “Azeri Defence” portalına istinadən xəbər verir ki, general-mayor Artak Tonoyan oktyabrın 13-də Qarabağa göndərilmişdi.

O, bundan əvvəl Ermənistan Ordusunun xaricdə sülhməramlı əməliyyatlar üçün ayırdığı kontingentə komandanlıq edib.

Ermənilərin hərbi qalasının fəthi
 

"Hadrut qəsəbəsi deyiləndə biz nəzərə almalıyıq ki, Ermənistan Silahlı Qüvvələrinin tərkibindəki 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahı və bütün ehtiyat bölmələri bu ərazidə yerləşirdi. Bu ərazidə, demək olar ki, bizim cənub istiqamətində əks həmləyə keçən bölmələrimizin qarşısına çıxan ən mühüm strateji bir ərazi idi".

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov